San-Marinonu "Eurovision 2016"da türkiyəli müğənni təmsil edəcək
14 Yanvar 2016 18:31 Dünya"Eurovision 2016" musiqi yarışmasının San-Marino təmsilçisinin adı məlum olub. Qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, keçirilən milli seçim turlarında türkiyəli müğənni Serhat Hacıpaşalıoğlu qalib gəlib. O, bu il İsveçdə keçiriləcək yarışmada San-Marino adına yarışacaq. Başqa bir ölkə adına "Eurovision"da yarışacaq ilk türk olmağın qürurunu yaşayan sənətçi ilk olaraq 10 - 12 may tarixlərində yarıfinalda yarışacaq.
Qeyd edək ki, Serhat Hacıpaşalıoğlu 2014-cü ildən Almaniya və Fransada müğənni və teleaparıcı kimi fəaliyyət göstərir. Onun fransız dilində ifa etdiyi "Je M Adore" mahnısı 5 həftə ərzində 1-ci sırada qərarlaşmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00