BMT-dən Rusiyaya sərt xəbərdarlıq...

Birləşmiş Millətlər Təşkilatı  Rusiya  döyüş təyyarələrinin  Suriyanın Hələb şəhərində məktəbləri vurmasının beynəlxalq hüququn pozulması olduğunu açıqlayıb.

Avropa.info xəbər verir ki, BMT baş katibinin sözçüsü Stefan Dujarrik  Hələbin qərbindəki Anjara mahalında məktəblərin bombalanmasından xəbərdar olduqlarını deyib.

"Məktəblərə və səhiyyə təşkilatlarına hücumların son həftələrdə adi hala çevrilməsindən narahatıq. Bu  hücum beynəlxalq humanitar hüququn ciddi pozuntusudur. BMT-nin  2254 saylı qərarı vətəndaşlara, xəstəxana və məktəb kimi mülki təyinatlı binalara hücumların dərhal dayandırılmasını tələb edir", -deyə BMT rəsmisi qeyd edib.

Qeyd edək ki, rus döyüş təyyarələrinin Suriyanın şimalındakı Hələb şəhərində yerləşən Anjara mahalına  təşkil etdiyi hava hücumunda  8-i şagird olmaqla 17 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00