​Məşhur narkobaron "El Chapo"nun tutulma videosu yayılıb

Xoakin Qusman yanvarın 8-də Meksikada yaxalanıb

"Univision Noticias" telekanalı yanvarın 11-də "El Chapo" (bəstəboy) ləqəbli meksikalı narkobaron Xoakin Qusmanın saxlanıldığı reydin videosunu yayıb."Report" xəbər verir ki, videoda baronun olduğu binaya basqın və atışma nümayiş olunur.Xoakin Qusman yanvarın 8-də Meksikada yaxalanıb. O, 2015-ci ilin yayında bir mil uzunluğunda (7 km.-dən çox) tunel vasitəsi ilə həbsxanadan qaçıb. Sonradan məlum olub ki, Hollivud aktyoru Şon Penn onunla görüşə bilib və "Rolling Stone" jurnalı üçün müsahibə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00