ABŞ-da baş verən yol qəzasında 31 nəfər xəsarət alıb

ABŞ-ın Nyu-Cersi ştatında sərnişin avtobusunun ağaca çırpılması nəticəsində 31 nəfər xəsarət alıb.APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, hadisə Nyuark şəhərində qeydə alınıb.Məlumata əsasən, 2 nəfər sınıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin əksəriyyəti yüngül zədələniblər.Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00