Norveç də 6 saatlıq iş rejiminə keçir
11 Yanvar 2016 18:50 Dünyaİsveçdən sonra Norveçdə bütün iş yerləri, o cümlədən qocalar evi, xəstəxanalar və avtomobil servis mərkəzləri 6 saatlıq iş rejiminə keçməyə hazırlaşırlar. Milli.Az bildirir ki, Norveçin dövlət və özəl şirkətlərindən verilən məlumatlara görə, iş gününün 2 saat azaldılması əmək məhsuldarlığına müsbət təsir etməlidir. "İş gününün qısaldılması çalışanların əhval-ruhiyyəsini artırmaqla yanaşı, onların şəxsi həyatlarına, ailələrinə və idmana daha çox vaxt ayırmalarına səbəb olacaq. Sonucda onlar ertəsi gün iş yerinə xoş əhval-ruhiyyədə gələcəklər və əmək məhsuldarlığı da artacaq", - Norveç Əmək Şurasının açıqlamasında deyilir. Norveçdə iş günü 2 saat azaldılarsa, iş vaxtı sosial şəbəkələrdə mümkün qədər az vaxt keçirmək tələb olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00