Rusiya Ermənistandakı hərbi bazasına müasir pilotsuz uçan aparatlar göndərib

Rusiya Ermənistandakı hərbi bazasına müasir "Taxion" pilotsuz uçan aparatlar (PUA) göndərib. APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, ixtisaslaşmış mütəxəssislər bir neçə ay ərzində Kamxud və Alagöz poliqonlarında pilotsuz uçan aparatlarla bağlı şəxsi heyətə təlim keçəcəklər.

Qeyd edək ki, "Taxion" pilotsuz uçan aparatlar 40 km məsafədə əlverişsiz hava şəraitində hərbi kəşfiyyat məqsədilə istifadə edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00