20 adam Avropa şəhərini qorxu içində saxlayır
11 Yanvar 2016 16:31 DünyaNaməlum şəxslər bazar günü gecə saatlarında Kölndə 7 əcnəbiyə hücum edib. Report xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis təcavüzkarların şəhərdə 20 nəfərlik qrup halında hərəkət etdiyini bildirib. Onlar əvvəlcə mərkəzi vağzalın yaxınlığında 6 pakistanlıya hücum ediblər. Bundan sonra ictimai asayişi pozanlar qruplara bölünüblər və 5 nəfərlik qrup bir suriyalıya hücum edib. Xatırladaq ki, bundan öncə KİV-də Yeni il qabağı Kölndə mərkəzi vağzalın yaxınlığındakı meydanda əsasını miqrantların təşkil etdiyi minə yaxın gəncin ictimai asayişi pozduğu, polisə 500-ə yaxın şikayət ərizəsinin daxil olduğu barədə məlumat yayılmışdı. Hətta qadınların sataşma, təhqir etmə, qarət etmə və təcavüzə məruz qaldığı bildirilmişdi. İndi istintaq əcnəbilərə hücumların bu olayla bağlılığını da araşdırır.