İraq 93 iranlı hərbçinin cəsədinin qalıqlarını İrana verib
11 Yanvar 2016 16:22 Dünyaİran-İraq müharibəsi zamanı (1980-1988-ci illər) həlak olmuş 93 iranlı hərbçinin cəsədlərinin qalıqları İrana qaytarılıb. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu addım İraq rəhbərliyinin müvafiq qərarına əsasən atılıb. Cəsədlərin qalıqlarının qaytarılması mərasimi İran-İraq sərhədindəki Şalamça sərhəd-keçid məntəqəsində baş tutub. Cəsədlərin qalıqlarının qaytarıldığı əsgərlərin əksəriyyəti 1998-ci ildə Fao yarımadası və Məcnun adalarında həlak olub. Tabutlar İranın Ahvaz şəhərinə gətirilib. Matəm mərasimindən sonra cəsədlərin qalıqları torpağa tapşırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00