Rubl da üzüaşağı gedir, təngə də...
11 Yanvar 2016 14:28 DünyaAzərbaycanla yanaşı qonşu ölkələrdə də mill valyutalar dünya bazarlarında neftin ucuzlaşmasının təsiri altında dəyər itirməkdədir. Virtualaz.org xəbər verir ki, bu günkü hərraclarda Qazaxıstan təngəsinin məzənnəsi yenidən aşağı düşüb və 1 ABŞ dolları 355.5 təngəyə satılıb. Ötən həftənin son hərracında 1 ABŞ dolları 351 təngə idi. Dolların bahalaşması ilə yanaşı satış həcmi də durmadan artır. Xatırladaq ki, ötən il avqustun 20-də Qazaxıstan milli valyutanın üzən məzənnə siyasətinə keçididini elan edib. Rusiya rublu da həftənin ik hərracına ucuzlaşma ilə başlayıb. Moskva banklararası birjasında 1 ABŞ dolları 76 rubl olub. Habelə birja indeksləri də aşağı düşüb və iri şirkətlərin səhmləri orta hesabla 3-4 faiz ucuzlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00