Pakistandan İrana xəbərdalıq
11 Yanvar 2016 14:18 DünyaYanvarın 10-da Səudiyyə Ərəbistanının müdafiə naziri Muhammed Səlaman Əl Səudu Pakistana səfər edib. "OLAYLAR"-ın Türkiyə bürosunun xəbərinə görə, səudiyyəli nazir pakistanlı həmkarı general Rahil Şərif ilə danışıqlar aparıb. KİV-lər üçün keçirilən mətbuat konfransında pakistanlı general Səudiyyə Ərabistanına qarşı atılan hər təhlükəli addım üçün hərkətə keçməyə hazır olduqlarını bildirib. Bəzi KİV-lərin iddialarına görə general İranı məhv edə biləcklərini də bəyan edib. Qeyd edək ki, Pakistan atom silahına sahib olan tək müsəlman ölkədir və bəzi mütəxəssislərin təxminlərinə görə İslamabadın nüvə silahı potensialı Fransa və İngiltərə kimi ölkələrindən daha güclüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00