Futbolçuları aparan avtobus qəzaya düşüb, 20 nəfər dünyasını dəyişib
11 Yanvar 2016 14:13 DünyaMeksika futbolunda bədbəxt hadisə yaşanıb. Apasport.az saytı xəbər verir ki, ölkənin cənubunda adı açıqlanmayan həvəskar futbol komandasının oyunçularını və azarkeşlərini aparan avtobus körpüdən aşıb. Qəzaya sürücünün avtobusu yüksək sürətlə idarə etməsi səbəb olub. İdarəetməni itirən sürücü avtobusun körpüdən aşmasına əngəl ola bilməyib. Hadisə nəticəsində 20 nəfər dünyasını dəyişib. Daha 25 nəfər isə xəsarət alıb. Meksika prezidenti Enrike Penya Nieto "Twitter"də paylaşdığı açıqlamada hadisədən məyus olduğunu dilə gətirib və vəfat edənlərin yaxınlarına başsağlığı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00