Stiven Siqal Serbiya vətəndaşı oldu

Serbiyanın Baş naziri Aleksandr Vuçiçin fərmanı ilə amerikalı aktyor Stiven Siqala serb vətəndaşlığı verilib. Trend-in məlumatına görə, bu barədə "gazeta.ru" saytı "Standart"a istinadən xəbər verir. S.Siqal bəyan edib ki, Serbiyanın müsbət imicini inkişaf etdirmək üçün səy göstərəcək. Aktyorun Serbiyada kino assosiasiyası təşkil etmək planları var. Məqsəd ölkəyə xarici investisiyaları cəlb etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00