İraq ordusu Ənbar vilayətinin bir hissəsini İŞİD-dən azad edib
11 Yanvar 2016 13:59 Dünyaİraq ordusu Ənbar vilayətinin Əş-Şai rayonunu İŞİD qüvvələrindən azad edib, 70 terrorçunu zərərsizləşdirib. APA-nın "RIA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İraq ordusunun general-mayoru Numan Əbd əz-Zubai bu gün "Al Sumaria" kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, döyüşlər zamanı İŞİD-ə məxsus 7 nəqliyyat vasitəsi də məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00