Misin qiyməti 2009-cu ilin minimumunu yeniləyib

Bu gün London birjasında keçirilən əməliyyatlar zamanı qiymətli metalların qiymətində kəskin azalma qeydə alınıb. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, misin qiyməti 2009-cu ilin minimumun yeniləyib. Buna səbəb Çin iqtisadiyyatında müşahidə olunan neqativ tendensiyalardır. Belə ki, hazırda misin 1 tonunun dəyəri 2,3% azalaraq 4 381 ABŞ dolları təşkil edib. Çin iqtisadiyyatında baş verən mənfi proseslər səbəbindən ötən həftə bu metallın dəyəri 4,7% azalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00