Ermənistanda xəstəxana


Qardaş ölkə Türkiyədə də son günlər donuz qripi virusundan ölənlərin sayı durmadan artır. Təkcə ilin əvvəlindən bu günə kimi 16 nəfər bu virusdan dünyasını dəyişib.

İranda isə bu xəstəlik nəticəsində ölənlərin sayı 35-i ötüb. Azərbaycanda isə hələlik virusa yoluxma halı qeydə alınmayıb. Qonşu ölkələrdəki mövcud vəziyyətlə əlaqədar nəzarət gücləndirilib.

Respublika Taun Əleyhinə Stansiyada PSR üsulu ilə laborator müayinələr aparılır. Stansiyadan verilən məlumata görə, virusa yoluxma ilə bağlı bu günə kimi onlara heç bir müraciət daxil olmayıb.

"Stansiyaya əsasən mövsümi qriplə bağlı müraciətlər daxil olur. Ciddi bir hal qeydə alınmayıb. Lakin biz bütün təhlükəsizlik tədbirlərini görürük. Bunun üçün laboratoriyamız tam işlək vəziyyətə gətirilib. Xəstəliyin müalicəsində istifadə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb".


Laboratoriya 

"Donuz qripi" təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri də gücləndirilmiş iş rejiminə keçib. Sərhəd-buraxılış keçid məntəqələri donuz və quş qripini aşkarlayan termoqurğularla təchiz olunub.


Astara gömrük keçid məntəqəsi