Tunisdə 50 faizə yaxın otel bağlanıb
11 Yanvar 2016 06:38 DünyaSon illər Tunisdə ən çox ziyanla işləyən sahələrdən biri də ölkənin turizm potensiyalıdır. TASS informasiya agentliyi xəbər verir ki, terror aktları səbəbindən Tunisdə hotel turizmi sahəsində fəaliyyət göstərən 570 mehmanxananın yarıdan çoxu bağlanıb. Xarici turizm şirkətləri ölkəni tərk edib, son illər Avropadan bu ölkəyə üz tutan turistlərin sayı tamamı ilə azalıb. Lakin bütün bunlara baxmayaraq yerli turizm assosiasiyalarının üzvləri yaxın gələcəkdə Tunisdə bu sahənin yenidən canlanacağına inamlarını ifadə edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00