Türkiyədə daha iki hərbçi şəhid olub
11 Yanvar 2016 06:24 DünyaTürkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda PKK terrorçularına qarşı aparılan əməliyyatda bir hərbçi və bir polis məmuru şəhid olub, 3 əsgər yaralanıb.Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, terrorçularla toqquşmada ağır yaralanan 4 türk əsgəri və bir polis məmuru Diyarbəkir Əsgər Hospitalına aparılıb. Həkimlərin səylərinə baxmayaraq əsgərlərdən birini və polis məmurunu xilas etmək mümkün olmayıb. Yaralı 3 əsgərin müalicəsi isə davam etdirilir.Qeyd edək ki, 2015-ci il oktyabrın 1-dən Sur rayonunda fövqəladə vəziyyət elan olunub. Ötən dövrdə bölgədə aparılan antiterror əməliyyatlarında PKK-ya məxsus külli miqdarda silah və sursat ələ keçirilib, çox sayda terrorçu zərərsizləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00