Türkiyədə növbəti antiterror əməliyyatı: 1 polis şəhid oldu, 12 yaraqlı öldürüldü

Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyatlar davam edir.Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, bu gecə hüquq-mühafizə orqanlarına Van vilayətində Erdemit yolunun kənarındakı evə bir qrup terrorçunun yığışması barədə məlumat daxil olub.Dərhal həmin ünvanda əməliyyat keçirilib. Atışma vaxtı 1 polis şəhid olub, daha 2 əməkdaş isə güllə yarası ilə xəstəxanaya aparılıb.Evə yığışan terrorçuların 12-si də öldürülərək zərərsizləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00