Müsəlman qadını Donald Trampın mitinqindən qovdular

ABŞ prezidentliyinə namizəd Donald Trampın Cənubi Karolina ştatının Rok-Hill şəhərində təşkil olunan seçkiqabağı mitinqindən müsəlman qadın qovulub.Virtualaz.org bildirir ki, bu barədə Daily Mail.yazıb.Nəşrin yazdığına görə, Donald Trampın çıxışı zamanı əynindəki paltarın üstündə "Mən sülhlə gəlmişəm" yazısı olan 56 yaşlı hicablı qadın Trampın suriyalı qaçqınlar barəsində səsləndirdiyi ifadələrə etiraz əlaməti olaraq yerindən qəfil qalxaraq səssiz etiraz edib.Qadının heç bir söz demədiyi qeyd olunur.Mitinq iştirakçılarının fitə basdıqları qadın ərazidən polis tərəfindən uzaqlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00