Silvio Berluskoni siyasətə qayıtmağı qərara alıb
10 Yanvar 2016 09:03 Dünyaİtaliyanın baş naziri Silvio Berluskoni "Forza Italia" partiyasını bərpa edəcəyini vəd edib. APA-nın verdiyi xəbərə görə, bu barədə "The Guardian" nəşri italyan mətbuatına istinadən məlumat yayıb. "Bu il demokratiyanın inkişaf etməsinə mane olan rejimə qarşı mübarizə ili olacaq", deyə Berluskoni bildirib. Berluskoni qeyd edib ki, onun məqsədi "Forza Italia"-nın parlamentdə 20 faizdən çox yer tutmasına nail olmaqdır. Qeyd edək ki, 2013-cü ilin oktyabrında Milan məhkəməsi İtaliyanın baş nazirinə iki il ərzində dövlət vəzifəsində çalışmağa qadağa qoyub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00