Hərbi əməliyyatlar bir həftəyə yekunlaşacaq - Əhməd Davudoğlu
10 Yanvar 2016 07:09 DünyaTürkiyənin cənub-şərqində aparılan hərbi əməliyyatlar bir həftə ərzində yekunlaşacaq. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu AKP-nin Afyonkarahisar şəhərində baş tutan toplantısında bildirib.Onun sözlərinə görə, bir həftə ərzində PKK-ya qarşı aparılan hərbi əməliyyatlar dayandırılacaq və bəzi bölgələrdə elan edilən komendant saatı ləğv ediləcək.3 saat davam edən toplantıda Davudoğlu bölgədə yaşayan mülki əhalinin vəziyyəti ilə bağlı müzakirələr aparıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00