Nümayişçilər hökumət binasını yandırdılar
10 Yanvar 2016 03:33 DünyaKosovoda nümayişçilər hökumət binasını yandırıblar.
"Report" xəbər verir ki, hakimiyyətin Serbiya ilə sazişinə qarşı çıxan aksiya iştirakçıları parlamentin baş qərargah binasına yandırıcı qatışıqlı butulkalar atıblar.
Hakimiyyət əleyhdarları Kosovoda serblərin hüquqlarının genişləndirilməsi, onların Belqraddan maliyyələşdirilməsi imkanları və Monteneqro ilə sərhəd çəkilməsinə qarşı çıxış edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00