Rusiya qırıcılarından bombardman: 47 nəfər öldü, 100 sakin yaralandı

Rusiyaya aid döyüş təyyarələrinin Suriyanın İdlib şəhərinin Maaret ən-Numan rayonunu bombalaması nəticəsində çoxu dinc sakin olmaqla 47 nəfər həyatını itirib, yüz nəfər yaralanıb."Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.Məlumata görə, Rusiya təyyarələrinin bombaladığı Maaret ən-Numan rayonu Suriyadakı Bəşşar Əsəd rejiminə müxalifətin nəzarəti altındadır.İnformasiyaya əsasən, qırıcılar rayondakı bazar yerini, mülki sakinlərin yaşayış yerlərini bombalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00