Rumıniyanın keçmiş prezidenti Trayan Besekunun qardaşı korrupsiya ittihamı ilə 4 il müddətinə həbs olunub

Rumıniyanın keçmiş prezidenti Trayan Beseskunun qardaşı Mirça Besesku korrupsiya ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.APA-nın TASS-a istinadən verdiyi məlumata görə, onun mülkünə həbs qoyulacaq və aldığı rüşvət 265 min avro dəyərində hesablanaraq mülkü dövlətin hesabına müsadirə ediləcək. Eyni işlə bağlı biznesmen Marian Kepetsıne də 3 il azadlıqdan məhrum edilib.Rumıniyada prezidentlik postunu 2014-cü ildə tərk edən T. Besesku isə məhkəmə qərarını ağır hesab edib və qardaşına mövcud qanunvericiliyə uğun olaraq etiraz etməyi məsləhət görüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00