Türkiyədə 700-dən artıq şəxs saxlanılıb

İstanbulda qanunsuz qumar oyunların təşkilatçılarına qarşı polisin apardığı xüsusi əməliyyat nəticəsində 700-dən çox nəfər saxlanılıb. Bu barədə Trend "Haber7" qəzetinə istinadən məlumat verir.Əməliyyat səhərə yaxın 4 saat ərzində İstanbulun bir neçə rayonunda aparılıb. Saxlanılanlar arasında əcnəbilər də var. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir.Qeyd edək ki, Türkiyədə 1996-cı ildən bəzi qumar oyunları qadağan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00