ABŞ Quantanamo məhbuslarını qəbul edəcək ölkə axtarır
9 Yanvar 2016 07:58 DünyaABŞ Kubada yerləşən Quantanamo düşərgəsində saxlanılan 46 məhbusu azadlığa buraxmaq qərarı verib.Avropa.info xəbər verir ki, Ağ Ev orada saxlanılan 105 məhbusdan 46-sını buraxmağa hazırdır, lakin onları qəbul edəcək ölkələrin olması vacibdir.ABŞ keçən həftə Yəmən əsilli iki məhbusu Qana hakimiyyətinə təhvil vermişdi. Yaxın günlərdə başqa məhbusların da göndərilməsi gözlənilir. Bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest məlumat verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00