Dağıstanda qar uçqunu olub, 55 kəndlə nəqliyyat əlaqəsi kəsilib
9 Yanvar 2016 07:56 DünyaDağıstanda qar uçqunu olub.
APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, nəticədə Tlyaratinsk rayonunda 16 min əhalisi olan 55 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib.
Dağıstan FHN-nin mətbaut xidmətinin məlumatına əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb. Bölgədə avtomobillərin hərəkəti dayandırılıb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bölgəyə xilasedicilər və xüsusi texnika cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00