Lassa virusu 40 nəfərin həyatına son qoydu

Nigeriyada heyvanlardan insanlara keçən "Lassa qızdırması" epidemiyasıdan 40 nəfər ölüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Səhiyyə naziri İsaak Adevole məlumat verib.

O, bildirib ki, virus son 6 həftədə Nigeriyanın  ondan çox əyalətində yayılıb:
" Xəstəliyə yoluxan 86 nəfərdən 40-ı həlak olub. Ölənlərdən 22-nin Lassadan dünyasını dəyişdiyi sübut olunub".

Qida qaynaqlarının çirklənməsi nəticəsində siçanlardan insanlara keçdiyi bildirilən epidemiya, Bauçi, Nasarava, Niger, Taraba, Kano, Edo, Plato, Qombe və Oyo əyalətlərinə təsir edib.

Mütəxəssislərin kəskin bir xəstəlik olaraq xarakterizə etdiyi Lassa virusu güclü qanaxmalara səbəb olur və ölümlə nəticələnir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00