““Taliban”a sarsıdıcı zərbə vuruldu

Əfqanstanın Müdafiə Nazirliyi açıqlama yayıb.

Bu gün ölkənin 13 əyalətində aparılan əməliyyat zamanı "Taliban"ın təxminən 60 üzvü məhv edilib.

Aktual.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 4 terrorçu əsr alınıb, 14 nəfər isə yaralanıb.

Bundan başqa təhlükəsizlik qüvvələri çoxlu silah və hərbi sursat ələ keçiriblər.

Nazirlik hökümət qüvvələri arasında itkinin olmadığını da bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00