XİN: Misirdə hotelə hücum zamanı 2 Avstriya vətəndaşı yaralanıb

Misirin Xurqada şəhərində naməlum silahlıların "Bella Vista Resort" hotelinə hücumu zamanı 2 Avstriya vətəndaşı yaralanıb.APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts məlumatı təsdiqləyib.Son məlumatlara əsasən, Xurqadada baş vermiş silahlı insident nəticəsində 3 turist yaralanıb. Onlardan 2-sı Avstriya, 1 isə İsveç vətəndaşıdır.Xatırladaq ki, yanvarın 8-də Hurqada kurort şəhərində yerləşən hotel naməlum silahlıların hücumuna məruz qalıb. Polis hotelə hücum edən 3 silahlını məhv edib. Hadisə ilə əlaqədar Misir ordusu ölkənin strateji və turist obyektlərini nəzarət altına götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00