Türklərin Moskvadakı Svissotel oteli bağlandı
8 Yanvar 2016 17:15 DünyaMoskvanın ən görkəmli yerlərindən birində, Moskva çayının sailində yerləşən şəhərin ən keyfiyyətli xidmət göstərən mehmanxanalarından biri olan Svissotel (Swissotel) öz fəaliyyətini dayandırıb. "Olaylar"-ın Türkiyə bürosu xəbər verir ki, mehmanxananın fəaliyyətinin dayandırılmasının səbəbi Türkiyəyə qarşı tətbiq edilən sanksiyalardır. Moskva Svissotelin sahibi məhşur Türk ENKA Holdinqdir. Yanvar ayının 1- dən etibarən isə Türkiyə vətəndaşlarına Rusiyada turizm sahəsində iş görmək qadağan edilib. Bir çox iş adamı və mütəxəssisi bu qərarın Rusiyadaki turizm xidmətinə və xidmət səviyyəsinə ağır zərbə vuracağını bildirib .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00