Bərən Saatın 1 seriyalıq səltənəti
8 Yanvar 2016 18:25 DünyaCazibədar aktrisa Bərən Saat ümidləri doğrultmayıb. Publika.az xəbər verir ki, "Möhtəşəm yüz il: Kösəm"in reytinqini qaldırmaq məqsədilə seriala planlaşdırılan vaxtdan daha erkən daxil edilən Bərən Saat prodüsserlərin ümidlərini puç edib. Belə ki, aktrisanın seriala daxil olduğu 7-ci seriyada reytinqlər birdən-birə qalxsa da, ötən gün yayımlanan 8-ci seriyada izlənmə səviyyəsi yenidən aşağı düşüb. "Möhtəşəm yüz il: Kösəm" ötən həftə birinci olduğu reytinq siyahısında bu həftə dördüncü sıraya enib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00