"Ankara-Moskva savaşı Qarabağa sıçraya bilər"
8 Yanvar 2016 16:20 DünyaTürkiyə ilə Rusiyanın Qafqazda mübarizəsi qızışır və bu mübarizə, ilk növbədə, Dağlıq Qarabağa sıçraya bilər. Publika.az bildirir ki, bu barədə türkiyəli siyasi yazar Zülfüqar Doğan deyib. Onun sözlərinə görə, Türkiyə son dövrlər Yaxın Şərqə diqqəti artırıb: "Bu, onun MDB məkanında mövqelərinin zəifləməsinə gətirib çıxarıb. Xüsusilə Orta Asiyaya çıxışının Rusiya tərəfindən kəsilməsi böyük itkidir. Doğrudur, Azərbaycan bu məsələdə Türkiyəyə əlindən gələn köməyi edir. Amma görünür, situasiya Ankaranın xeyrinə deyil. Bu baxımdan, MDB məkanında, xüsusilə Qafqazda Türkiyə-Rusiya rəqabətinin daha geniş şəkil alacağı gözləniləndir. Belə olarsa, ilk mübarizə Qarabağa sıçraya bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00