Ukrayna prezidentinin iqamətgahı Putinin qurumuna verildi
8 Yanvar 2016 15:31 DünyaUkraynanın eks-prezidenti Viktor Yanukoviçin Krımın Ayya burnunda yerləşən iqamətgahı Vladimir Putinin prezident işləri üzrə idarəsinin balansına keçib. Modern.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, öncə iqamətgah Krım rəhbərliyinə verilməli olsa da, sonradan Rusiya prezidentinin işləri üzrə idarəyə verilib. Ayya burnunda yerləşən iqamətgah 2007-ci ildə Viktor Yanukoviçin oğlu Aleksandr tərəfindən 1,2 milyon dollara satın alınmışdı. 3,5 hektar ərazini əhatə edən iqamətgah hazırda baxımsız vəziyyətdə qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00