Əfqanıstanın Tacikistanla həmsərhəd ərazisində 5,3 bal gücündə zəlzələ baş verib. Report TASS-a istinadən xəbər verir ki, bu haqda Tacikistan Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Tacikistanın paytaxtı Düşənbədə də hiss edilib.
Dağıntı və xəsarət alanlar haqda informasiya yayılmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00