Din

Uşaqların dini mərasimlərdə iştirakı

19 Sentyabr 2018 13:19

Məhərrəmlik ayında təşkil olunan dini tədbirlərdə, aşura günlərində bir çoxları körpə uşaqlarla birgə iştirak edir. İnsanların zəncir vurması, bədənlərinin al-qana batması və digər “ənənələr” uşaqların gözləri qarşısında icra olunur. Azyaşlı uşaqlarla bu cür dini mərasimlərə qatılan valideynlər bəlkə də, bütün bunların onların yaddaşında hansı travmaların iz saldığını bilmirlər. Bunu bir ənənə kimi düşünərək, övladları ilə birgə təziyyə günündə iştirak edirlər.

Sabah Aşuradır

19 Sentyabr 2018 12:00

İlahiyyat İnstitutunda tələbələrlə görüş keçirilib

18 Sentyabr 2018 18:29

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III-IV kurs tələbələri ilə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Aİİ rektoru Ceyhun Məmmədov Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dinşünaslıq ixtisasından Aİİ-yə köçürülmüş III-IV kurs tələbələrini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara qədəm qoyduqları yeni mərhələdə uğurlar arzulayıb.

İlahiyyat İnstitutu Alban-Udi Xristian dini icması ilə birgə tədbirlər həyata keçirəcək

14 Sentyabr 2018 14:35

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüb.

Məhərrəmliklə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Qanunun tələblərinə əməl edilməlidir

13 Sentyabr 2018 13:51

Lerik Rayon İcra Hakimiyyətinin (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgə şöbəsinin birgə təşkilatçılığı ilə rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin, hüquq-mühafizə orqanlarının, dini icma sədrləri və din xadimlərinin iştirakı ilə Məhərrəmlik mərasimləri ilə əlaqədar müşavirə keçirilib.