Ramazan ayının iyirmi doqquzuncu günü: İmsak və iftar vaxtı, günün duası

Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür.

Olaylar.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, martın 19-u Bakıda imsak vaxtı saat 05:20, iftar isə 19:06-ə təyin olunub.

Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:

Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9

Ramazan ayının iyirmi doqquzuncu gününün duası:

"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".

Tərcüməsi:

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!

Sabah hər evdən Ramazanın vacib əməllərindən olan fitrə zəkatı çıxarılmalıdır. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurasının məlumatına görə, bu il fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunub.

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31