Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilir
18 İyul 10:32 DinŞuşada "İslam dünyasında qadınlar: ənənələr və çağırışlar" mövzusunda konfrans öz işinə başlayıb.
Olaylar xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda komitə sədri Bahar Muradova, Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Mərakeş Krallığının Həmrəylik, Sosial İnteqrasiya və Ailə naziri Aavatif Hayar, VI çağırış Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, ictimaiyyət nümayəndələri, media nümayəndələri və müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak edirlər.
Konfrans çərçivəsində baş tutacaq "İslam dünyasında qadın: ənənə və müasir çağırışlar" mövzusu üzrə panel iclasında Qarabağın bərpasında və dayanıqlı inkişafında qadınların rolu, qloballaşan dünyada ümumislam kontekstində qadın hüquqlarının müdafiəsi, insan və ətraf mühit münasibətlərinə islami baxış və digər istiqamətlərdə müzakirələr olacaq, yeni çağırışlar səsləndiriləcək.