Azərbaycandan olan zəvvarların həcc ziyarəti başa çatıb
1 İyul 12:32 DinAzərbaycandan olan zəvvarların həcc ziyarəti başa çatıb.
Olaylar xəbər verir ki, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri deyib.
O bildirib ki, bu gün zəvvarların sonuncu qrupu vətənə dönəcək.
Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarətinə görə 1500 nəfərlik kvota verilib. Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb və mayın 29-da başa çatıb.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31