Həcc ziyarətində ölənlər arasında azərbaycanlılar varmı?

Həcc ziyarətində ölən zəvvarlar içərisində Azərbaycan vətəndaşı yoxdur.

Bu barədə Olaylar.az-a Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.

"Azərbaycanlılar sağ-salamatdır, rəhmətə gedənlər arasında vətəndaşlarımız yoxdur", - QMİ-dən qeyd edilib.

İdarədən əlavə olaraq bildirilib ki, zəvvarlar artıq ziyarətlərini bitirmək üzrədirlər, ayın 26-sından sonra vətənə qayıdacaqlar.

Qeyd edək ki, şiddətli istilər səbəbindən Həcc ziyarəti zamanı 1000-dən çox zəvvarın öldüyü haqda məlumat yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31