Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir
30 Mart 2024 09:58 DinBu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir.
Olaylar xəbər verir ki, ikinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə, yəni martın 30-dan 31-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31