Qədr gecələrinin vaxtı MƏLUM OLDU

Ramazan ayında ən çox verilən suallardan biri də Qədr gecəsi ilə bağlıdır.

Bununla bağlıSfera.az-a açıqlama verən ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib ki, əksər İslam alimləri Qədr gecəsinin Ramazanın son 10 gününə təsadüf etdiyini vurğulayırlar.

"Bu gecənin fəziləti haqqında Qurani-Kərimin "Qədr" surəsində ətraflı bəhs edilir. Hətta bu gecənin Allah qatında min aydan xeyirli olduğu vurğulanır. Məhəmməd Peyğəmbər (s) buyurub: "Qədr gecəsini Ramazanın son on gecəsinin tək gecələrində - ayın axırına doqquz, yaxud yeddi, yaxud da beş (gecə) qalmış axtarın."" - C.Məmmədov bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazanla bağlı fətvasına əsasən, Azərbaycanda martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31