Namaz qılmayan şəxs oruc tuta bilərmi?
13 Mart 2024 10:19 Din"Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır. Təəssüf ki, biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edir. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir:
"Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə namaz qılmayan şəxsin oruc tutmasında heç bir problem yoxdur. Bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq. Ona görə dəyərli müsəlman qardaş və bacılar, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. Qiyamət günü biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq".