Bakıdakı erməni kilsəsi ibadətə açıqdır - RƏSMİ
15 Noyabr 2023 11:56 DinXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakı şəhərinin mərkəzində erməni kilsəsi var və ibadət edənlər üçün həmişə açıqdır.
Olaylar.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Komitənin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib
O bildirib ki, dünyanın heç bir yerində yəhudi, xristian, müsəlman, alban-udi icmasından olan nümayəndə və digər dini etiqad nümayəndələrinin eyni bir məkanda toplaşmasını, birgəlik nümayiş etdirməsini görə bilməzsiniz.
"Dövlət bütün dini konfensiyalara dəstək nümayiş etdirir, onların ibadət evlərinin bərpası, təmiri və tikintisinə maliyyə ayırır", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31