Şimali Qafqaz Müsəlmanları Mərkəzi Mahaçqala hava limanında baş verənlərə münasibət bildirib - ÖZƏL
30 Oktyabr 2023 18:41 DinOlaylar.az xəbər verir ki, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl-hacı Berdiyev rayon sakinlərinə müraciət edərək, vəziyyətin sabitliyini pozmaq üçün başqa dövlətlərin təxribatlarına reaksiya verməməyi xahiş edib.
"Vəziyyət mürəkkəb və qeyri-sabitdir. Bizim əmin-amanlığımızı bəyənməyən qüvvələr var və indi onlar yenidən cəmiyyəti narahat edir, bu onlardan qaynaqlanır", - deyə o, izah edib.
Berdiyevin sözlərinə görə, vəziyyəti gərginləşdirmək istəyənlər məhz başqa ölkələrdəndir.
"Mən tövsiyə edirəm ki, əhali məlumatı daha obyektiv qəbul etməyə çalışsın və öz işləri ilə məşğul olsunlar. Ümid edirəm ki, bütün günahkarlar cəzalandırılacaq", - deyə spiker qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31