İyunun 17-dən Həcc ziyarəti başlayır
14 İyun 2023 12:30 DinAzərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.
Qafqaz Müsəlmanları İdarəsindən Olaylar.az-a verilən məlumata görə,1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcəkdir.
Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar, inşallah.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31