Mübariz Qurbanlı vətəndaşları qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbəsinin də iştirak etdiyi qəbulda vətəndaşlar diqqətlə dinlənilib.
24 Fevral 2017 16:48 DinDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar və Göyçay rayonlarından olan vətəndaşları qəbul edib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq bölgə şöbəsinin də iştirak etdiyi qəbulda vətəndaşlar diqqətlə dinlənilib. Müraciətlər əsasən dini icmaların dövlət qeydiyyatı və fəaliyyəti, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, məscidlərə dini ədəbiyyatın verilməsi, Quran kurslarının təşkili və sair məsələlərlə bağlı olub. Bir çox müraciətlər yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan məsələlər isə qeydiyyata alınıb və onların həlli üçün konkret tapşırıqlar verilib. Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.