QMİ "Fatimeyi-Zəhra" məscidi ətrafında yaranmış vəziyyətlə bağlı münasibətini açıqlayıb

"Yeni Günəşli qəsəbəsindəki "Fatimeyi-Zəhra" məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub".

"Yeni Günəşli qəsəbəsindəki "Fatimeyi-Zəhra" məscidi ilə bağlı yaranmış məsələ məscidin xeyrinə həll olunub". Bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən (QMİ) bildirilib.

"Məscidlə bağlı narahatlığa heç bir əsas yoxdur", - deyə QMİ-dən əlavə olunub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin 1179 saylı, 21 avqust 1996-cı il tarixli sərəncamı ilə Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində "Fatimeyi-Zəhra" məscidi dindarlarının dini icmasına 1,3 ha torpaq sahəsi ayrılaraq məscid-mədrəsə kompleksinin tikintisinə icazə verilib. Lakin bu yaxınlarda həmin ərazidən məscidə 0,25 ha (25 sot) torpaq sahəsi verilib. Vəkil Cavad Cavadov bəyan edib ki, qalan 105 sot ərazi məsciddən alınır.  Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31