"Bütün məscidlər QMİ-də qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir"
"Azərbaycandakı bütün məscidlər Qafqaz Müşəlmanları İdarəsində (QMİ) qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir".
27 Sentyabr 2016 13:11 Din"Azərbaycandakı bütün məscidlər Qafqaz Müşəlmanları İdarəsində (QMİ) qeydiyyatdan keçəndən sonra qanunvericiliyə uyğun fəaliyyət göstərir".
Trend bildirir ki, bunu Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Nardaran qəsəbəsindəki məscidlər də qeydiyyatdan keçəndən sonra fəaliyyətinə icazə verilir: "Heç bir məscid qeydiyyatsız fəaliyyət göstərə bilməz. Hazırda Nardaran qəsəbəsində də məscid qeydiyyatdan keçib, Qafqaz Müsəlmanları İdarəsinin təlimatlarına uyğun fəaliyyət göstərir. Nardaran qəsəbəsinin dindarları da bu fəaliyyəti dəstəkləyir və normal dinlə məşğul olurlar".