İlham Əliyev Şeyxlə iftar süfrəsində
İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlauıb.
12 İyul 2015 17:32 DinQafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.
İftar mərasimi "Qurani-Kərim"dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs "Qurani-Kərim"in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev çıxış edərək Azərbaycandakı tolerantlığın səviyyəsini, ölkəmizin dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirdilər və təbriklərini çatdırdılar.

Ramazan bayramı ilə əlaqədar dörd gün qeyri-iş günü sayılacaq. Nazirlər Kabinetindən verilən məlumata görə, hökumət tərəfindən 2014-cü il noyabrın 21-də "2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" qərar qəbul edilib.
Qərara əsasən, iyulun 17-si və 18-i Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.
Azərbaycan qanunvericiliyinə, xüsusən Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günü istirahət günlərinə təsadüf etdikdə, növbəti həftənin ilk iş günləri istirahət günü hesab olunur. Ramazan bayramının ikinci günü -18 iyul şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 20 iyul qeyri-iş günü olacaq. Beləliklə, işləyənlər Ramazan bayramı münasibətilə ardıcıl 4 gün -iyulun 17-si, 18-i, 19-u (bazar) və 20-si istirahət edəcəklər.